|
İRANIN QUZEY AZƏRBAYCANA BASQILARININ NƏDƏNLƏRİ Ərsan Ərel 1988.ildə Quzey Azərbaycanda Qarabağdan dolayı(topxana meşəsi) xalq hərəkatı başaladı. Qorbaçovun yumuşalma siyasəti bu hərəkəti gənəl ulusalçılığa yönləndirdi. İllər boyu xalqın qorxular içində barındırdığı ulusalçılıq duyğuları bir anda alovlandı. Bu duyğular yavaş yavaş düzənli ulusal düşüncüyə çevrilib, bağımsızlığa doğru adımların atılmasına nədən oldu. Bu hərəkəti ilgiylə yaxından izləyən devlətlərin başında İran gəlirdi. İran quzeydə Azərbaycan adında bağımsız bir devlətin yaranmasından qorxurdu. Çün, İllər boyu sömürücü güclərin istəyiylə Güney Azərbaycanda özdəş bir ulusu, başqa bir ulusun egemənliyinə vermişdilər. Düzənli olaraq İran devlətinin ən böyük izləncəsi Güney Azərbaycan Türkünə uyğulanan toplumsal, siyasal, əkinsəl basqılar olmuşdur. Bu basqıların bütünü Güney Azərbaycanda Türk dilini, tarixini, əkinini aradan aparmaq üçünüdür. Nə yazıq devlət siyasətinin ən ağırlıq qoyduğu bu izləncə az da olasa başarılı oldu. Azərbaycanlıları yerindən, yurdundan edib, ərimələrinə nədən oldu. İran devləti quzeyində özdəş adda(azərbaycan) bir devlətin yaranmasını bütün sömürücü siyasətinin önləyicisi olaraq görürdü. Gənəldə də bu işdə haqlıydılar. Çün, güneylidən alınan dil güvəniylə tarix qururunun itirilməsini, quzey Azərbaycanın yalnızca quru adı belə onara bilirdi. Bu açıdan o dönəm iranın Türkiyədə konsulluğunda çalışan Əkbər Gəncı( Sonralar fars demokratı oldu...inanan varsa) iran dışişlərinə yolladığı raporda yazırdı: Bakıda bu hərəkətin öncüllərinin hər birinin sözünün başı sonu Güney Azərbaycanın qurtuluşudur. Bu istək yalnız öncüllərdə deyil, umumi xalqın da çoğunluğunun istəyidir. Buna görə İran devləti hər nə yolla olursa olsun, orada Azərbaycan adında bir qarış toprağın yaranmsına icazə verməməlidir. Orada Azərbaycan adında bir devlətin yaranması İranın parçalanması decməkdir... İran devləti 1992.ildən sonra sürəkli olaraq əkbər gəncinin bu düşüncələri üzərində hərəkət etdi. İran Azərbaycanda sürəkli iç sorunlar yaratmağa çalışdı. Qarabağ savaşında bütün var gücüylə Ermənistanı qolladı. Xocalı, Şuşa işqallarının bir başa baş memarıdır. Çün, İran o dönəmlərdə Azərbaycanla Ermənistan arasında arabulucuydu. İranın gözləmcı gücləri iki ölkə arasında vardı. O gözləmci güclər Azərbaycanın bütün savaş gizlərini erməni güclərinə verirdilər. Nə yazıq Azərbaycanın o dönım xam siyasətçiləri, Xocal facəsiylə, şuşa fələkətindən sonra İrandan üz döndərdilər. Əkbər Gəncinin raporu əllərində olla ola İrana inandılar. İran devləti bu açıq qırmçılığın yanında, Azərbaycanı içdən dağıtma izləncələrini də sürdürürdü. İran devləti Bütün kültürəl , siyasal anlaşmalarda, Azərbaycanda çıxarcı insanların əliylə bir yanlı etgən olurdu. Bu çıxarcı aldanmışların əliylə Azərbaycanda bir çox kültürəl, siyasal oluşumlar yaratdı. İranın bu Yaratdıqlarının qarşısında, Azərbaycan İrandan heç nə əldə edəbilmədi. Çün, bir çoxları Azərbaycanda gələcəkləri üçün irana aldanmış, birinciliyə İranın əliylə oynamağa çalışırdılar. İran bu adamların üst düzey yetgilərindən olduqca yararlana bildi. Bu gün İranın Azərbaycanda nə kimi oluşumları vardırsa, bütününün memarları bu adamlardır. Bu adamların kimlikləri də bəllidir. Nə yazıq bu adamlardan biri, indi özünü Güneylə bağlı ən yetgili adam bilir. Bu gün İran devləti bu yanlışların üzərinə qurulan siyasətdən yararlanaraq, Quzey Azərbaycana basqı uyğulayır. Bakı küçələrində beş, üç qarınqulunu din adına meydanlara tökür, sonra da Tehranda Azərbaycan bayrağını yandırır. Bu cəsərəti İrana verən Quzeydə siyasal kadrıların qansızlığı dışında, məncillikləri nədən olmuşdur. Bunun tərsi olsaydı, İran Quzey Azərbaycan qonusunda min ölçüb bir biçər, sərin suyu belə pufləyə- pufləyə içərdi. İranın bu gün Quzey Azərbaycanla güc mevqyindən danışmasının iki önəmli nədəni vardır. Birincisi, Quzey Azərbaycanda olan Hakimiyətin başında olanların Güneyi önəmsəmələri. Bu açıdan orayla bağlı siyasal yatırm qoyulmur. İkincisi, Güney Azərbaycan Ulusal Hərəkətinin siyasal, toplumsal olaraq qurumlaşmamasıdır. Quzey Azərbaycanda son yüzildə çeşitli gəlişmələrdən dolayı, Güneyli qardaşlarıyla bağlı yazında iki olumsuz kimlik ortaya atılmışdır. Həmşəhri, Hambal kimlikləri quzeylinin güneyliyə yaraşdırdığı adlar olmuşdur. Bu ayama kimliklərin ortaya atılması toplumsal nədənlərdən qaynaqlanır. Ancaq bunların qorunub saxlanmasında yabancı sayasal etgənlərin də varlığı danılmazdır. Nə yazıq son 20 ildə Güneylə Quzeyin arasında nisgliə son verdikdə, bu iki ayama gündəmdə olmasa da, işləmdə güncəldir. Quzeydə toplum içində Güneyliyə qarşı ögey ilişgilərin olmasını doğal qarşılamaq olar, ancaq ulusal siyasal , toplumsal qurumlarda bu ögeylik Birlik adından danışan bir ulusun ağlatısıdır. Nə yazıq bu sözdə olmasa da, işdə belədir. Quzeydə bütün siyasal, toplumsal ,əkinsəl, qurumlarda güneyli bir Həmşəhri, bir Hambaldır. Son dönəmlərdə isə gənəldə siyasal hamballıq, həmşəhrilik daha çox dəbdədir. Son 15 ildə Heydər Əliyevlə İlhamın əməkliyə yolladığı bütün Quzeyli siyasətçılər, Güneyə öndər olmuşlardır. Quzeydə bir siyasal daşı daş üstə qoyamuyan bu adamlar , özləri üçün Güneydən bir neçə Çirkini yanlarına alaraq , Mənimdə siyasal Hambalım, Həmşəhrim var deyə, poz verməkdədilər. Ancaq kimsə bunlardan, SSSR dönəmində humanitar bilimləri tək partili devlətdə necə öyrəndiniz sorarsa, Mənim babam dahiydi de ondan yanıtlamağa məcburdur. Bilindiyi kimi SSSR dönəmində siyasal bilimiylə yalnız egemən ulusun bəlli kəsimləri ilgilənə bilirdi. Quzeyliylə Güneylinin son yüz ildə bilimsəl alanda bir böyük ayrıcalığı vardı. Quzeydə bilim umumi, Güneydə isə qısıtlıydı. Quzeydə bilimin boynunda bir partının nuxtası, Güneydə isə, qaçaq da olsa özgür ulaşma olasılığı vardı. Bir sözlə Quzeyli siyasal alanda məhkumudursa, Güneyli çətin də olsa özgürüdür. Bu açıdan Güneyli istər istəməz siyasətlə böyüyürdü. Bunu gənəldə bütün humanitar alanlarda demək olar. Örnəyin, SSSR də bütün yazınsal axınlar sosyalizm realızmın məhkumuydu, Güneydə bu məhkumiyət yoxdur. Bu gün bu qonu Güneylyilə, Quzeyli arasında yenə ayrıcalıqlara nədən olan bir qonudur. Ancaq Quzeyli öz dilində yazıdığnın üstünlüyünə dayanaraq, Güneylini bu alnlarda da Həmşəhri, Hambal görmək istəyir. Bu nədənlə Güneylə bağlı bir iş görmək istərkən, Güneylinin düşüncələri önəmsənmədən adımlar atılır, sonra da böyük bir boşluq. Son 15 ildə bütün sorunlar bundan qaynaqlanır. Buna görə də heç bir yararlı iş görülmür. Quzeydə bu tabeçilik davranışının yayqınlaşmasında da Güneydən gələn gerçək Hamballarla həmşəhrilərin etgisi vardır. Bu gün Quzeylə Güney arasında bütün siyasal, toplumsal qurumlara baxılıdığında, dediklərimə ayrı qanıtlar istənməyəcəkdir. Qururu olmayan,iki sözü birləşdirib özgürcə düşüncəsini diyəmiyən insanlar, bir böyük ulusun tribonasında ne edirlər, sorulmazmı? Ancaq dediyim kimi bu əməkliyə zorunlu olaraq yollananlar,tabeçilik xəstəliklərinin toxdağını Güneydə Həmşəhrilərlə Hamballarla tapırlar. Nemət bəy( Pənahovdan söz gedir) indi nə düşünürsünüz?- Güneyi düşünürem. Nə zamna kimi bu davranışlar ulusal hərəkətdən yığılmıyıbsa, bu Həmşhri,Hambalıq siyasətiylə, özgə siyasətlərinin qulu olacağıq. Ancaq bu işin bir yanı, işin başqa yanında isə, Quzeydə bağımsızlığını qazanan, günü-gündən güclənən bir devlət vardır. Nədən bu devlət gizli də olsa Güneylə ilgili bir işlər görmür. H. Əliyev Güneylə bağlı gizli də olasa öz dönəminə görə bir çox işlər gördü. H. Əliyev Güneylə bağlı olduqca içdəndi. Ancaq Azərbaycan devlətinin yenliyindən dolayı gördüyü işlərdə bir az ehtiyatlıydı. Buna baxmıyaraq nə zaman Güneylə bağlı qapısı döyüldüsə, olumlu yanıt verdi. Bunu İlham əliyevin siyasətndə görmək olmur. Çün, İlham Əliyevdə , H. Əliyevin ürəyi eəcə də siyasəti yoxdur. Heydər Əliyev açıqca nədən mən böyük bir devlətin başçısı olmuyum düşüncəsi vardı. Nədənsə bu gün başlarını oğurladıqları malların içindı gizlədən bu hakimiyət onun yüzdə biri qədər düşünmür? İran devləti Azərbaycan üçün danılmaz bir düşməndir. Özü də Ermənistandən yüz qat daha sinsi bir qırımdır. Azərbaycan devləti İranın mində bir yatırımını indiyə kimi Güneyə qoya bilsəydi, İndi onun bayrağına sayqısızlıq deyil, pisliklə anımsanmağı belə ağızlarına almazdılar. Nə yazıq Quzey Azərbaycanda qansız bu hakimiyətin devlətçilik siyasəti yoxdur. Olsaydı, indiyə kimi Güneyə gizlicə böyük ytırım yatırardı.Bu yatırım onun sığortası olardı. Bu yatırım olmadığına görə, Azərbaycanlı öksüz uşaqlar kimi; Səhər kanalı Azərbaycana qarşı təxribat aparır, Azərbaycanın bayrağın yanırırlar... Sonra? Bə ne etməlidirlər, iyəsiz millət, iyəsiz devlət!? Azərbaycanda toplumsal, əkinsəl adla açılan onlarla iranın dağıdıcı öbəklərinin hansısının qarşılığını siz İranda açabildiniz? İndi İran Azərbaycanı bu mərkəzlərlə içərdən dağıdır. Bu mərkəzlərin açılmasında çox əməyi olan Sabir rüstəmxanlı da İrana qarşı savaşır. Gülməli deyilmi? Doğrusu bir Gerotesk. Nə isə sağ olsun siyasal Həmşəhrilər, Hamballar. Yalnızca acıdığım Güneyin qururlu gənclərini Quzeydə ikinci insan, Türkiyədə isə üçüncü insan tipi olaraq görürlər. Bu da o yerlərdə öncədən yerləşmiş Həmşəhrilərlə, Hambalların üzündəndir. Bu qonu yazılası bir böyük romandır. O da indilik mənlik deyil. İkinci, Güney Azərbacanlıların özlərinin yetərsizliyindəndir. İndiyə kimi Güney Azərbaycanlılar dünya kamuoynu etgiliyəcək bir siyasal qurum yarada bilməmişdiər. Güneyin özündə basqıların ağırlığından dolayı bu olanaqsızdır. Ancaq dış ölkələrdə bu oluşumun yaranmaması düşündürücüdür. İndiyə kimi belə oluşumların yaranmasına çoxlu girişimlər olmuşdur. Ancaq bu girişimçilərin yaklaşımları özçıxarçı olduğundan iş alınmamışdı. Bu girişimlərdə ilkələrin yerinə ilişgilər gətirildiyi üçün, işlər başlamadan sonlanmışdır. Son 15 ildə yabancı ölkələrə Güneydən çoxlu ulusal düşüncələi gənclər gəldilər. Bu gənclər öncə bir az çalışqan oldular. Sonra sağdan soldan ulusal hərəkətə gəlmiş siyası məlulların etgisiylə yalıtıldılar(izole oldular). Bu yalıtlma sonucu siyası məlullar geçmiş hesablarını bu hərəkətin içinə gətirərək, Güney Azərbaycanın ulusal hərəkətində iç sorunlara nədən oldular. Bu gün də bu məlullar fedralizm çuxası altında ən etgən qurum olaraq görünürlər. Bunların siyasal görüşləri gerçəkləri yansıtmadığından, istər istəməz gənclərə qarşı dururlar. Ancaq bu siyasal məlullardan İtin ehsanında yararlanmaq üçün, oymaqlı düşüncələr Amin səslərinə yetinirlər. Bu oymaqlı düşüncələr öncə güney Azərbaycan gəncliyini(xarıcdə) yalıtladı, sonra da bu məlulları onlara qarşı qoydu. Çün, bu məlul kəsim özünü arındırmaq üçün kimliyindən asılı olmayaraq, hər kəsin duasına amin deməyi öyrənmişdir. Güney Azərbaycanın ulusal hərəkətinin siyasal yazınından uzaq olan məlullar, bu yan qollamayla bu hərəkətin xaricdə özümləyiciləri durumuna gətirilmişdilər. Bu kəsimin siyasal , toplumsal yazınlarında Güney Azərbaycan Türklüyünün taktikləri, istratejiləri ilə bağlı ən ufaq bir düşüncələri olmadığından, özlərinin ayaqları havada asılı olduğu kimi, Güney qurumlarının da ayaqlarını havada asılı saxlayırlar. Nə yazıq bunlar əski havalara oynadıqlarından, gəlişməyən başlar da bu havalara oymaq düşüncələriylə uymalı olurlar. Bu açıdan xarıcdə də Güneylə bağlı dünya kamuoynuna səslənəcək bir qurum yaradılmamışdır. Bu nədənlə Azərbaycan devləti üzərində yatırım qoyacaq bir qurum tapamamışdır. Bütün qurumlara baxdığında çirkinlərin, yanında çirkinləri durmuşdur. Bu çirkinlik saydam iklələr gərəkdirən siyasal qurumlaşmanı önləməkdədir. Bu açıdan öz suçumuzu özgələrə yükləməklə, gerçəklərdən qaçırıq. Buna görə də zəyifə özəl olan, duyğu sümürüsünə sürüklənib,özgələri suçlayərıq. Bu gün İran At oynadırsa bunun suçu bizim özümüzdədir. Yoxsa iran bir olan Azərbaycanlıdan hansı güclər arxasında dursa da qorxar. Ancaq son dönəmlərdə xarıcdə siyasal məlullardan uzaq gənclərin girişimləri sevindiricidir. Bu girişimlər çox çəkmədən güclü qurmlaşmalara nədən olacaqdır. Bununla da İran devləti daha bir kanlla deyil, yüz kannla da qorxulu olmayacaqdır. O günün ümidyilə.
Ərsan Ərel
|